HADİSƏ

Azərbaycanda daha bir kütləvi ZƏHƏRLƏNMƏ

Azərbaycanda pambıq tarlasında kütləvi zəhərlənmə olub. 

TƏBİB-dən 32gun.az-a verilən məlumata görə, hadisə Saatlı rayonunu Nəsimikənd kəndində baş verib.

Belə ki, 8 qadın dəqiqləşdirilməmiş kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlara ilkin tibbi yardım göstərilib. Daha sonra isə ambulator müalicə üçün evə buraxılıblar.

Oxşar Xəbərlər