DÜNYA
Bayden Türkiyə ilə bağlı məsələyə razılıq verir
ABŞ prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.
32gun.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı deyib.
"F-16 məsələsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir", - deyə Karin Jan-Pyer bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu deyib.