DÜNYA
Polis 10 milyonluq narkotik vasitəni ələ keçirdi
Fransanın Puatye şəhərində polis əməkdaşları 2 tondan çox narkotik vasitə aşkar edib.
32gun.az-ın Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, İspaniyadan gələn yük avtomobilində 1 tondan çox həşiş qatranı tapılıb. Eyni gündə İspaniya ilə sərhəddəki Po şəhərindən gələn yük maşınında da eyni həcmdə narkotik vasitə aşkar olunub.
Aşkar edilmiş narkotik vasitələrin bazar dəyəri təxminən 10 milyon avrodur.