DÜNYA
15 zəvvar leysan yağışdan ÖLDÜ
Hindistanda leysan yağış nəticəsində 15 nəfər ölüb.
32gun.az NDTV kanalına istinadən xəbər verir ki, hadisə Amarnath mağarası ərazisində baş verib.
Daha 40 nəfərin itkin düşdüyü bildirilir.
Hind-Tibet sərhəd polisinin nümayəndəsinin məlumatına görə, ölənlərin hamısı mağaranı ziyarətə gələnlər olub.
Məlumata görə, hava şəraiti sabitləşən kimi ziyarət gerçəkləşəcək.