DÜNYA
Dövlət katibinin köməkçisi məşhur aktyorla sevgili imiş - Görün kimdir (FOTO)
Hollivud aktyoru Bredli Kuper ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun köməkçisi Huma Abedinlə adı hallanır
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük artıq bir neçə aydır münasibətdədir. İddia olunur ki, 47 yaşlı aktyor Bredli Kuper və 45 yaşlı Abedin çox diqqət çəkməmək üçün mayın 2-də Nyu-Yorkda keçirilən tədbirdə ayrı-ayrı iştirak ediblər.
Klintonun köməkçisi keçmiş konqresmen Entoni Vaynerlə evli olub. Cütlüyün bir oğlu var.
Xatırladaq ki, Kuper dörd il rusiyalı model İrina Şeyklə birlikdə olub. Onların bir qızı var, ona birgə qəyyumluq edirlər. Bundan sonra Şeyk amerikalı reper Kanye Uestlə münasibət qursa da, o da uğursuz alınıb.

