HADİSƏ
Nabranda istirahət mərkəzində 5 nəfər ZƏHƏRLƏNDİ
Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.
32gun.az apa-ya istinadən xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.
Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə onlar qidadan zəhərlənib.
Fakt araşdırılır.