HADİSƏ
Azərbaycanda daha bir zəlzələ oldu - YENİLƏNİB
Yerli vaxtla saat 10:39-da Gəncə stansiyasından 50 km şimalda Samux ərazisində (Azərbaycan-Gürcüstan sərhədində) zəlzələ qeydə alınıb.
32gun.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
*** 09:14
İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən 32gun.az-a verilən məlumata görə, yeraltı təkanlar saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ hiss olunmayıb.