DÜNYA
Kirayə tutduqları evin divarlarından QAN sızdı - Ölkə polisi təcili hərəkətə keçdi
Braziliyanın Parana əyalətində ev kirayələyən ailə paranormal hadisə ilə rastlaşıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, evin divarlarından sızan qan səbəbindən ailə böyük panika yaşayıb.
Ailə üzvləri əvvəlcə ev sahibinə, sonra isə səlahiyyətli qurumlara məlumat veriblər.
Hadisə yerinə baxış keçirən qurum rəsmiləri qanın evdəkilərdən sızma ehtimalının olduğunu və məsələnin nəzarət altında olduğu bildirilib.
Braziliyanın məşhur televiziyası RIC evdə baş verən maraqlı hadisə ilə bağlı reportaj hazırlayıb. RIC-ə açıqlama verən ailənin qızı qanın kimə aid olduğu bilmədiklərini, bunun araşdırmalardan sonra bəlli olacağını söyləyib.
Nurlan Şiraliyev
