Xırdalandan partlayış - Nazirlik təcili məlumat yaydı (DƏHŞƏTLİ GÖRÜNTÜ)
Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən 32gun.az-a verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
22:04
Xırdalan şəhərində yaşayış binasında partlayış baş verib.
32gun.az apa-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binanın birinci mərtəbəsində olub.
İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.
Aidiyyəti qurumlar hadisə yerinə cəlb olunub.
Ətraflı məlumat veriləcək.