DÜNYA

Rusiyadan şok iddia: Koronavirusu ABŞ yayıb

Rusiya COVİD-19-un yayılmasında ABŞ-ın əli olduğunu bildirib.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov bütün dünyaya təsir edən koronavirus epidemiyasının süni olduğunu və ABŞ-ın bu virusun yayılmasında əli olduğunu iddia edib.

"Xarakterikdir ki, 2019-cu ildə - COVID-19-un ilk halları ortaya çıxmazdan əvvəl – "Event-2019” təlimləri ABŞ-ın Hopkins İnstitutunda keçirilib. Təlimlərdə daha əvvəl məlum olmayan koronavirus epidemiyasına qarşı fəaliyyət məşq edilirdi. Təlimlərin əfsanəsinə görə, həmin koronavirus insanlara donuzlar üzərindən yarasalardan keçib”, - MN rəsmisi bildirib.

O əlavə edib ki, xəstəliyin qeyri-bərabər yayılması COVID-19-un süni şəkildə yaranmasından xəbər verir. //azxeber

Loading...

Oxşar Xəbərlər