
DÜNYA
Kreml Ərdoğan-Putin görüşündən gözləntilərini AÇIQLADI
"Rəsmi Moskva Ankaranın təhlükəsizliklə bağlı narahatlığını nəzərə alır".
32gun.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə və Rusiya bu gün baş tutacaq görüşündən gözləntilərini açıqlayarkən deyib.
O, liderlərin mütləq Suriyadakı durumu müzakirə edəcəklərini bildirib: "Putin Ərdoğanla danışıqlardan sonra daxili məsələlərlə bağlı toplantı keçirə bilər”.
D.Peskov vurğulayıb ki, Suriyada sabitliyi pozan hərəkətlərin qarşısını almaq vacibdir. //report