DÜNYA
Cinsi təcavüzə məruz qalan qadın çılpaq halda küçəyə qaçdı
Cinsi təcavüzə məruz qalan qadın çılpaq halda küçəyə qaçıb.
32gun.az azxeber.com-a istinadən xəbər verir ki, Bolunun Mudurnu rayonunda xarici ölkə vətəndaşı A.A tərəfindən cinsi zorakılığa məruz qalan 1 uşaq anası S.A evdən çılpaq şəkildə qaçaraq küçədəki mağaza sahiblərinə sığınıb.
Məlumata görə, sosial şəbəkə vasitəsi ilə tanış olduqları öyrənilən xarici vətəndaş A.A və 1 uşaq anası S.A arasında evdə olarkən naməlum səbəbdən mübahisə düşüb. Mübahisə böyüyərkən S.A mətbəxdən tapdığı bıçaqla A.A-nın boyun nahiyəsinə xəsarət yetirib. Uşağını da özü ilə aparan S.A evdən çılpaq qaçaraq küçədəki iş yerinə sığınıb.
Qadının ifadəsindən sonra A.A "seksual zorakılıq" maddəsi ilə həbs olunaraq təcridxanaya göndərilib.