Ərdoğanla Zelenskinin görüşü başa çatdı - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.
Qeyd edək ki, V.Zelenskinin BMT Baş katibi Antoni Qutereşlə görüşü də baş tutub.
***16:15
Polşanın Rzeşov Beynəlxalq Hava Limanında Polşa vilayətinin qubernatoru Radoslav Viatr və Türkiyənin Varşava səfiri Cengiz Kamil Fırat tərəfindən qarşılanan prezident Ərdoğan quru yolu ilə Lvova keçib.
32gun.az xəbər verir ki, Ərdoğan Pototski sarayında Ukrayna prezidenti Zelenski ilə görüşüb.
İkilinin görüşdən sonra mətbuata açıqlama verəcəyi gözlənilir.
*** 11:07
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə bu gün Lvova birgünlük işgüzar səfər edəcək.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın Zelenski ilə görüşü zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.
Səfər zamanı V. Zelenski və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. İclasda Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün qurulan mexanizmin fəaliyyəti artırılaraq, Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.