DÜNYA

Prokurorun ŞOK əməlləri üzə çıxdı - İntim əlaqə qarşılığında...

İstanbulda Anadolu Ədliyyəsində işləyən Respublika prokuroru Osman Ozanın cinsi əlaqə qarşılığında qadınların şantaj, oğurluq kimi işlərini bağladığı öyrənilib.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, qadınların telefonlarından prokurorla yazışmalar ortaya çıxıb.

Məsələ ilə bağlı toplanan qurum, O.Ozanın işdən çıxarılmasına qərar verib.

Qeyd edək ki, İstanbulda yaşayan İrem Ç., İrem Ö. və Öngül D. cinsi əlaqədə olduqları Gürser K.-nin şəklini çəkəcəklərini, sözügedən görüntüləri ailəsinə göstərəcəklərini və sosial media hesabında yayacaqlarını deyərək 250 min lirə tələb ediblər. Gürser K.-nin təhdid və şantaj şikayəti əsasında İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Pul istəyən İrem Ç., İrem Ö. və Öngül D. barəsində şantaj və şəxsi həyatın toxunulmazlığını pozma ittihamları ilə əməliyyat başladıb. İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində şübhəlilərdən Öngül D. həbs edilib.

İstanbul Anadolu 4-cü Sülh Cəza Hakimliyi tərəfindən həbs edilən Öngül D.-nin telefonunda İstanbul Anadolu Respublika Baş prokuroru Osman Ozanla yazışmalar ortaya çıxıb. Osman Ozanın daha sonra pul qarşılığında şübhəlilər İrem Ç., İrem Ö. və Öngül D.-yə köməklik edəcəyinə dair mesajlar göndərdiyi müəyyən olunub.

Nilay

Oxşar Xəbərlər