DÜNYA
Kirayəçidən dəhşətli əməl: Ev sahibini silahla öldürərək...
Kirayəçi ev sahibini öldürüb.
32gun.az azxeber.com-a istinadən xəbər verir ki, Türkiyənin Batman şəhərində iş adamı Suat Özperk kirayəçisi tərəfindən silahla öldürülüb.
Suat Özperk ilə kirayəçi olduğu öyrənilən Veysi R arasında mübahisə yaşanıb.
Mübahisə böyüyərkən Veysi R tapançadan Suat Özperkə atəş açıb. Vəziyyət barədə məlumat alan polis və 112 Təcili Tibbi Yardım briqadaları hadisə yerinə göndərilib. Özperkin həyatını itirdiyi müəyyən edilib.
Veysi R polis qrupları tərəfindən nəzarətə alınıb.