Ərdoğan Putinin iradlarına CAVAB VERDİ: "Haqlıdır"
"Putin haqlıdır, taxıl kasıb ölkələrə getmir"
32gun.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, taxıl zəngin ölkələrə daşınır. Ərdoğanın dediyinə görə, hələ ki dəhliz vasitəsilə Rusiya taxılı daşınmır. Çıxarılan taxıl inkişaf etmiş, zəngin ölkələrə gedir:
"Əsas məqsəd taxılın kasıb ölkələrə göndərilməsinin davam etdirilməsidir. Putin taxılın Rusiyaya qarşı sanksiyalar tələb edən ölkələrə getməsindən narahatdır. Biz istəyirik ki, Rusiyadan da taxıl nəqli başlasın. Bu sahədə gecikmə var. Bu məsələləri Putinlə Səmərqənddə müzakirə edəcəyik"
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Vladivostok İqtisadiyyat Forumunun plenar iclasında bildirmişdi ki, Ukraynadan çıxarılan taxıl aclıq içində olan ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə gedir. Prezident bu məsələdə Türkiyə Prezidenti Ərdoğanla məsləhətləşəcəyini qeyd etmişdi.