DÜNYA

Yunanıstanla gərginlik yaşayan Türkiyə ilə bağlı Paşinyandan gözlənilməz həmlə

Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginlik dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir.

Türkiyənin regiondakı təsiri və Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu Ermənistanı da hərəkətə keçirib. 

32gun.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi Şərq İqtisadi Forumunda çıxış edən Paşinyan Türkiyə və Azərbaycanla danışıqlara toxunub.

Paşinyan Rusiyanın köməyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istədiklərini bildirib:

“Biz bu məsələdə Ermənistanın strateji müttəfiqi və Azərbaycanın yaxın tərəfdaşı olan Rusiyanın dəstəyinə arxalanırıq”.

Nurlan Şiraliyev

 

 

Oxşar Xəbərlər