Türkiyəli məşhur alimdən Kraliça II Elizabetlə bağlı ŞOK məlumat - ilk dəfə AÇIQLADI
Xəbər verdiyimiz kimi, İngiltərə kraliçası II Elizabet 96 yaşında vəfat edib.
Kraliçanın ölümündən sonra Türkiyəli professor Dr. İlber Ortaylı mərhum kraliça ilə bağlı xatirələrini bölüşüb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, professor onunla bağlı heç kimin bilmədiyi hadisənin təfərrüatlarından söhbət açıb.
Məşhur tarixçi 14 il əvvəl Türkiyəyə gələn Kraliça II Elizabetin Bursa turunda onu müşayiət etdiyini açıqlayıb. O, Kraliçanın Bursadakı Yaşıl Məscidi ziyarəti zamanı Quran oxutdurduğunu və çox məlumatlı olduğunu da bildirib.
"Bursada onun ev sahibi idim. Təəccüblü dərəcədə məlumatlı idi. Çap və xəttatlıq sahəsində heyrətamiz bir məlumatı vardı. Onun dindar olduğunu bilirdik. Fəlsəfi dərinliyi var. Anqlikan kilsəsinin hamisi idi. Dinlərlə yaxından maraqlanırdı, Quran oxuyurdu. Türkiyə ilə bağlı böyük marağı vardı".
Nurlan Şiraliyev