DÜNYA

Kraliça II Elizabetin dəfn mərasiminə hansı liderlər qatılacaq?

Dünən günorta saatlarında dünyasını dəyişən Kraliça Elizabetin dəfn mərasiminə hansı liderlərin qatılacağı maraq doğurur.

32gun.az liderlərin siyahısını təqdim edir:

Belə ki, dəfn mərasimində iştirakla bağlı ilk açıqlama Türkiyə Prezidenti Ərdoğandan gəlib. Onun cədvəli uyğun gələrsə dəfn mərasimində iştirak edəcək.

Növbəti açıqlama Kremldən ünvanlanıb. Kremlin sözçüsü Dimitri Peskov, Rusiya prezidenti Vladimir Putinin kraliça II Elizabetin dəfnində iştirak etməyəcəyini bildirib.

Ağ Evin yaydığı məlumata görə, ABŞ Prezidenti Co Bayden II Elizabetin dəfn mərasimində iştirak edəcək.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər