DÜNYA

Paşinyan Rusiya və Fransadan sonra ABŞ-a da zəng etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

32gun.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Blinken mövcud vəziyyətlə bağlı ABŞ tərəfinin dərin narahatlığını ifadə edib. ABŞ dövlət katibi vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər.

Oxşar Xəbərlər