DÜNYA
Bayden bu hərəkəti ilə gündəmə çevrildi - II Elizabetin dəfn mərasimində... (VİDEO)
Tez-tez etdiyi səhvlər və anlaşılmaz davranışları ilə gündəmdə olan ABŞ Prezidenti Co Bayden yenidən diqqətləri öz üzərinə çəkib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, Bayden bu dəfə II Elizabetin vida mərasimindəki hərəkəti ilə kameralara yaxalanıb.
Belə ki, başsağlığı kitabına qeyd yazmaq üçün hərəkət edən Bayden, köçürməyə əl atıb. O, pencəyinin cibindən özü ilə gətirdiyi mesajı çıxarıb və başsağlığı kitabına köçürüb. Həmin anlar kameralar tərəfindən qeydə alınıb.
Sosial şəbəkələrdə yayımlanan görüntülər qısa müddətdə gündəmə çevrilib.
Həmçinin Bayden II Elizabeti "mərhəmətli" və "şərəfli" adlandıraraq, ona anasını xatırlatdığını və onunla görüşməkdən böyük şərəf duyduğunu bildirib.
Həmin görüntüləri təqdim edirik:
Jalə