Türkiyədə prezidentliyə sürpriz NAMİZƏD (FOTO)
CHP sədri Kamal Kılıçdaroğlu qatıldığı verilişdə prezidentliyə namizədliklə bağlı açıqlamalar verib.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, masa arxasındakı 6 liderlə anlaşacaqlarını deyən CHP sədri "Sürpriz namizəd ola bilərmi?" sualına "Xeyr, sürprizlərə yer yoxdur." - cavabını verib.
Prezident olacaq şəxsin xüsusiyyətlərini sadalayan Kılıçdaroğlu, "Prezidentin necə olmasını öz açıqlamamızda izah etdik. Prezidentin dövlət zəkasına, dövlət təcrübəsinə malik olması, əxlaqlı olması, öz eqosuna təslim olmaması lazımdır. Eyni zamanda ədalətli olmalı, hüquqları, dövlət ləyaqətini müdafiə etməlidir. Bütün bunlara uyğun birini tapacağıq." - deyə bildirib.
"Prezidentliyə namizədliyinizi irəli sürəcəksiniz?" sualını cavablayan Kılıçdaroğlu "Təbii ki, axı hər partiya öz liderini prezidentliyə namizəd kimi görmək istəyir." - söyləyib.
Qeyd edək ki, Türkiyədə Prezident seçkiləri 2023-cü il iyunun 18-də baş tutacaq.
Nurlan Şiraliyev