DÜNYA

Putindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ - Münaqişənin həlli...

"Azərbaycan və Ermənistan arasında istənilən münaqişəli vəziyyət Rusiya Federasiyasını ciddi narahat edir, Moskva tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırır."

32gun.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin etimadnamələrin təqdimetmə mərasimində xarici dövlətlərin səfirləri qarşısında çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, ölkələr arasında gərginliyin azaldılması üçün KTMT vasitəsilə tədbirlər görülür.

"Vurğulayıram ki, bizə yaxın olan dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Biz hamını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq", - prezident deyib.

Putinin sözlərinə görə, münaqişənin həlli Rusiyanın məsləhətləşmələr apardığı Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə birgə komissiyada aparılan peşəkar birgə işdən keçir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər