DÜNYA
Rusiyada qismən səfərbərlik elan edildi (YENİLƏNİB)
Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib.
32gun.az xəbər verir ki, bu barədə "Mash” teleqram kanalındakı birbaşa yayımdan məlum olub.
"Vətənimizi və bütövlüyümüzü qorumaq üçün mən qismən səfərbərliyə dəstək verməyi zəruri hesab edirəm", deyə Putin vətəndaşlara müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, yalnız ehtiyatda olan və ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar hərbi xidmətə çağırılacaqlar. Bölmələrə göndərilməzdən əvvəl hərbi xidmətə çağırılanlar mütləq əlavə hərbi hazırlıq keçəcəklər.
*** 10:06
Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib.
32gun.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.