DÜNYA

Peskovun oğlunun bu açıqlaması Putini əsəblışdirə bilər

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra rusiyalı jurnalistlər Kremlin sözçüsü Dmitri Peskovun oğlunu səfərbərliyə qoşulub-qoşulayacağını zəng etsələr də, Nikolay Peskovun cavabı maraqlı olub. 

32gun.az xəbər verir ki, Prezident Vladimir Putinin dünən açıqladığı qismən səfərbərlik elanı Rusiyada müzakirələrə səbəb olub. 2 rusiyalı jurnalist bu qərardan sonra rus siyasətçilərinin övladlarının hərbi xidmətə gedib-gəlməyəcəyi ilə maraqlanıb. Sosial mediada siyasi proqramlar hazırlayan rusiyalı jurnalist Dmitri Nizovtsev telefonla Kremlin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskova zəng edib. Özünü Rusiya ordusunun hərbi komissarı kimi təqdim edən rusiyalı jurnalist Nikolay Peskova qismən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılacağını və saat 10:00-da hərbi hissəyə getməli olduğunu bildirib. 

Nikolay Peskov isə "Sabah saat 10:00-da təbii ki, gəlməyəcəyəm. Mən cənab Peskovam. Anlamalısınız ki, orada olmamalıyam. Bunu başqa yollarla həll edəcəyəm. Ümumiyyətlə, mən nə baş verdiyini və hansı hüquqlarım olduğunu başa düşməliyəm". Özünü Rusiya hərbi komissarı kimi təqdim edən jurnalistə verdiyi cavabda könüllü hərbi xidmətə razılıq verməyən Nikolay Peskov "İnanın bu, nə sizə, nə də mənə lazım deyil. Vətənimi müdafiə etməkdə problemim yoxdur. Amma mənim oradakı mövqeyimi başa düşmək, bəzi siyasi şərtləri anlamağınız lazımdır”.  Cebhe.info

Loading...

Oxşar Xəbərlər