SON DƏQİQƏ! 88 saylı məktəbə basqın edildi - XEYLİ SAYDA ÖLÜ VƏ YARALI VAR - VİDEO (YENİLƏNİB)
İjevskdə məktəbdə baş vermiş atışma nəticəsində mühafizəçilərdən biri daxil olmaqla 10 nəfər yaralanıb.
32gun.az “Kommersant”a istinadən xəbər verir ki, hücum edən şəxs məktəbin ikinci mərtəbəsində polisə atəş açıb.
O, heç bir tələb irəli sürməyib. Təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb.
Udmurtiyanın rəhbəri Aleksandr Breçalov hadisə yerinə gəlib.
Məlumata görə, məktəbin mühafizəçisi ölüb, hücum edən şəxs intihar edib.
***12:05
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.
32gun.az "İzvestiya"ya istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Ölənlər barədə məlumat verilmir. Beş uşağın yaralandığı bildirilir.
Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb.