HADİSƏ
Qəbələ RLS-də DƏHŞƏTLİ HADİSƏ: Ölən var
Qəbələ Radiolokasiya Stansiyasında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
32gun.az xəbər verir ki, rayonun Soltannuxa kəndində yerləşən hərbi təyinatlı obyektdə mühafizəçi, 1981-ci il təvəllüdlü Sərvan Hüseyn oğlu Balasoltanovu cərəyan vurub. O, hadisə yerində vəfat edib.
Ölən şəxsin Qəbələ Rayon Mühafizə Şöbəsinin mülki işçisi olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. //Qafqazinfo”