DÜNYA

Məktəbdə 13 nəfəri öldürüb, 21 nəfəri yaralayan qatilin kimliyi bilindi

Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib. Nəticədə 13 nəfər ölüb, daha 21 nəfər xəsarət alıb. Atəş açan şəxs isə intihar edib.  

32gun.az-ın Rusiyanın İstintaq Komitəsinə istinadən məlumatına görə, insidenti törədənin şəxsiyyəti məlum olub.  Bildirilir ki, sözügedən şəxs 34 yaşlı yerli sakin Artem Kazançevdir. Kazançev hadisəni törətdiyi məktəbin məzunu olub.   Hazırda hadisənin səbəbləri araşdırılır.

Oxşar Xəbərlər