DÜNYA
Bölmədə polis əməkdaşlarını yaralayan qadın görün kim imiş (VİDEO)
Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Mersin şəhərində polis bölməsinə silahlı hücum olub. Hücum nəticəsində biri ağır olmaqla 3 polis əməkdaşı yaralanıb. Hadisə ilə bağlı 2 nəfər saxlanılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçuların şəxsiyyəti ilə bağlı araşdırma aparılıb. Araşdırmalar zamanı terrorçulardan birinin "Zozan Tolan" kod adlı Dilşah Ercan olduğu məlum olub. Məlumatda bildirilir ki, sözügedən terrorçu qadın PKK/KCK-nın gənclər təşkilatında üzv olub.
Terror təşkili fəaliyyətinə görə həbs həyatı yaşayıb. 2013-cü ildə Mersindən təşkilata qatılıb, İraqın şimalında Qəndildə təlim keçib. Həmçinin o qurumun sözdə xüsusi adamlarından biri hesab edilib.
Jalə