DÜNYA
Rusiya-Gürcüstan sərhədində 20 kilometr uzunluğunda NÖVBƏ
Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsindən sonra Rusiya-Gürcüstan sərhədində kilometrlərlə növbə yaranıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb rusların ölkəni tərk etməsi olub.
Verilən məlumata görə, Rusiya-Gürcüstan sərhədində 20 kilometr uzunluğunda avtomobil növbəsi yaranıb.
Bildirilib ki, sərhəddəki sıxlıq səbəbindən Gürcüstana avtomobillə çatmaq təxminən 35-40 saat, velosipedlə və piyada keçmək isə təxminən 8-10 saat çəkib.
Qeyd edək ki, son bir həftədə 115 min Rusiya vətəndaşı sərhədi keçib.
Jalə