HADİSƏ

Şəmkirdə 4 gəncin başına iş gəldi - Biri öldü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

32gun.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Çinarlı kəndi ərazisində hərəkətdə olan “Prado” ilə digər minik avtomobilin toqquşması nəticəsində 4 nəfər -  1994-cü il təvəllüdlü Orxan Cəfərov, 2003-cü il təvəllüdlü Rəşad  Məmmədəliyev, 1996-ci il təvəllüdlü Röyal Haqverdiyev və  2002-ci il təvəllüdlü Samir Aliyevi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Həkimlərin səyinə baxmayaraq, Orxan Cəfərov dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər