HADİSƏ

Azərbaycanda AĞIR QƏZA: 5 nəfər... (FOTO)

Yol polisi Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza barədə məlumat yayıb.

32gun.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, yolun 33-cü kilometrliyində “Hyundai Santa Fe” markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 4-nə ilkin tibbi yardım göstərilib, 1 nəfərin isə xəstəxanada müalicəsi davam etdirilir.

Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

Oxşar Xəbərlər