HADİSƏ
Azərbaycanda evdə PARTLAYIŞ: ölən var
Gəncədə evdə qazdan yaranan partlayış nəticəsində xəsarət alan qadın ölüb.
32gun.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 29-da Gəncə şəhər sakini, 72 yaşlı Nadya Qayalova yaşadığı evdə, qazla işləyən hamam isidicisini yandıran zaman partlayış nəticəsində yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
O, sentyabrın 30-da Bakıdakı Yanıq Mərkəzində vəfat edib.