HADİSƏ
Bakıda FACİƏ: 4 yaşlı qız binadan düşüb ÖLDÜ
Bakıda 4 yaşlı qız binadan yıxılıb.
32gun.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb.
Orada yaşayan, 2018-ci il təvəllüdlü Zəhra Ağayeva yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.
Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən azyaşlı orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.