HADİSƏ

Azərbaycanda yeni ana olmuş qadın və körpəsi öldü (YENİLƏNİB)

TƏBİB Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsinin ölümü ilə bağlı açıqlama verib.

32gun.az-ın xəbərinə görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 37 yaşlı qadın xəstəxanaya oktyabrın 2-də saat 04:04-də "40 həftəlik hamiləlik, doğuşun 1-ci dövrü, FMA (fəsadlaşmış mamalıq anamnezi)" diaqnozu ilə daxil olub.

Həmin gün saat 10:40-da cinsi qız, çəkisi 2900q (qram), boyu 49 sm (santımetr) bir diri döl dünyaya gətirib. Ananın saat 15:15-də "kəskin ağciyər, ürək-damar çatışmazlığı" diaqnozi ilə, yenidoğulmuşun saat 11:55-də "ağır asfiksiya, mekonial aspirasiya" diaqnozu ilə bioloji ölümü baş verib.

*** 11:17

Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüb.

32gun.az xəbər verir ki, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib. Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.  //qafqazinfo

Loading...

Oxşar Xəbərlər