HADİSƏ
Səhər saatlarında DƏHŞƏT - Ölən var
Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
32gun.az xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb. Rayon sakini 1990-ci il təvəllüdlü İlkin Səfər idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə sürücü xəsarət alıb, anası 1962-ci il təvəllüdlü Səyarə Rəhimova hadisə yerində ölüb. //apa