HADİSƏ
Anar Hüseynov bıçaqlandı
Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb.
32gun.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.
Orada yaşayan 1979-cu il təvəllüdlü Anar Hüseynov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.
Məlumata görə, A.Hüseynov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.