SOSIAL

"Bakı Metrosunu əxlaqsızlıq yuxasına çeviriblər, FHN-dən betər gündədir" - İDDİA ilə bağlı AÇIQLAMA (VİDEO)

Sosial şəbəkələrdə Sevil Xanbabayeva adlı şəxs “Bakı Metropoliteni” QSC ilə bağlı videomüraciət yayıb.

32gun.az xəbər verir ki, özünü metrodakı işindən azad olunan süpürgəçi kimi təqdim edən qadın iddia edib ki, sözügedən qurumda 10 işçinin 9-u Rafael adlı şəxsin 3 milyonluq bağına göndərilir və orada dəyəri yüzminlərlə olan ağacların əkib-becərilməsinə cəlb olunurlar: “Mənə zülm edirlər, səsimi çıxara bilmirəm ki, bala böyüdürəm, bala oxuduram, bütün övladlarımın yükü mənim çiynimdədir. Gedib-gəlib məni şantaj edirlər. Mənə kömək edin, çıxılmaz durumdayam”.

S.Xanbabayeva metronun “Ulduz” stansiyasında işlədiyini vurğulayıb. 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlanıb. Qurumun mətbuat katibi açıqlamasında bildirdi ki, bununla bağlı araşdırma aparılır: “Videomüraciəti edən şəxs “Bakı Metropoliteni” QSC-nin əməkdaşı deyil. Onun dediyi ifadələrin hər hansısa bir əsası yoxdur. Xanımın söylədiklərinə əsasən, o, Bakı metropoliteni stansiyalarında təmizlik işləri ilə məşğul olub.

Qeyd edim ki, stansiyalarda təmizlik işlərini müvafiq tenderdə qalib gələn “Tais İFK” MMC şirkəti icra edir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq şirkətlə müqavilə imzalanır və öhdəliklərə uyğun olaraq yerinə yetirilir.

Bakı Metropoliteni QSC-nin əməkdaşlıq etdiyi hansısa qurumun daxili kadr siyasətinə, insan resursları və digər məsələlərə qarışmasına istər qanunvericilik, istərsə də hüquqi-etik normalar baxımından səlahiyyəti yoxdur”.

Məmmədov əlavə edib ki, əldə olunmuş məlumat adıçəkilən şirkətə araşdırmaq üçün göndərilib və şirkət bununla bağlı artıq müstəqil qaydada Bakı Metropoliteninin heç bir müdaxiləsi olmadan öz araşdırmasını aparacaq. //Qafqazinfo

*** 15:44

Mən sizin bütün faktlarnızı bilirəm, Bakı metropolitenini əxlaqsız yuvasına döndərmisiniz. Özünüz də Fövqəladə Hallar Nazirliyində baş verənlərə gülürsünüz. Amma burada vəziyyət ondan da betər gündədir. Bunlardan metropoliten rəisinin xəbəri var?

Bu sözləri Bakı metrosunun Ulduz stansıyasında təmizlikçi işləyən və hal-hazırda qanunsuz olaraq işdən azad olunmuş Xanbabayeva Sevil deyib. O, jurnalistlərdən onun başına gətrilən haqqsızlıqın ictimailəşdirilməsini xahiş edib.

O videoçıxışı zamanı qeyd edir ki, metroda 10 işçinin 9-nu Rafel adlı şəxsın 3 millyonluq bağına göndərirlər, orada onun dəyəri yüzminlərlə olan ağaclarını əkib-becərirlər. Bir ağacın qiyməti 4 min manatdır. Mən süpürgəçi işləyirəm, əzab-əziyyətlə övlad böyüdürəm, indi də süpürgəmi əlimdən almaq istəyirlər. Bu işdə məni çox görürlər. Bir işçi 3-4 adamın işin görür, amma işçiyə dəyər vermirlər.

Mən bilmirəm bunlara nə etmişəm.

Mənə zülüm edirlər, səsmi çıxara bilmirəm ki, bala böyüdürəm, bala oxuduram, bütün övladlarmın yükü mənim çiynimdədir. Gedib-gəlib məni şantaj edirlər. Xahiş edirəm bütün jurnalistlərdən və qələm əhlindən. Mənə kömək edin, çıxılmaz durumdayam deyə sonda Sevil Xanbabayeva bildirib

Adı çəkilən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. ("Azərbaycan Reallığı")

Daha ətraflə videoda :

 

Oxşar Xəbərlər