HADİSƏ

"Təmiz Şəhər"də FACİƏ

Bakının Xətai rayonunda ölüm faktı qeydə alınıb.

32gun.az xəbər verir ki, hadisə Xocalı prospekti 55 ünvanında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Elman Hüseyn oğlu işlədiyi qurumda ehtiyatsızlıqdan yıxılaraq ölüb.

O, komatoz vəziyyətində 3 nömrəli xəstəxanaya çatdırılıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya aparılan E.Məmmədov ölüb.

Qeyd esək ki. E.Məmmədov Təmiz Şəhər ASC-də fəhlə işləyirmiş (apa).

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər