HADİSƏ

Ağayev qardaşları zavoda gizlincə girib görün nə etdilər - Ölkə polisi hərəkətə keçdi

Sumqayıtda zavod qarət olunub.

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, Betonzavod adlanan ərazidə şirkətlərdən birinin anbarından 3 ədəd qaynaq aparatı, 2 ədəd taxta yonan dəzgah və digər texniki avadanlıqları oğurlanıb.

Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Hacıyev, Vüqar Ağayev və qardaşı Vahid müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Oxşar Xəbərlər