HADİSƏ
Azərbaycanda it məktəbin qarşısında şagirdi dişlədi
Zərdabda it məktəblini dişləyib.
32gun.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, hadisə 3 saylı orta məktəbin qarşısında baş verib.
Küçədə sahibsiz it məktəb şagirdinə hücum edib və onu dişləyib.
Məlumata görə, bu Zərdab rayonunda sayca 10-cu hadisədir.