HADİSƏ
Azərbaycanlını öldürmək istəyən ermənilərə HÖKM OXUNDU
Rusiyanın Rostov şəhər məhkəməsi erməni Xaçik Arakelyan, Rubik Avetikyan və Yanik İvanov barəsində hökm çıxarıb.
32gun.az Lent.az-a istinadən məlumat verir ki, onlar 2020-ci il dekabrın 21-də bir Azərbaycan vətəndaşına qarşı sui-qəsddə ittiham olunublar.
İstintaq sübut edib ki, ermənilər həmin azərbaycanlını izləyərək, sonradan oteldə ona 10 dəfə atəş açıblar. Nəticədə o ağır yaralanıb, amma ölməyib.
Üç erməni barəsində isə 3 il, 10 ay həbs hokum çıxarılıb.