HADİSƏ

Azərbaycanda müəllim məktəbdə vəfat ETDİ (FOTO)

Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

32gun.az  APA-ya istinadən xəbər verir ki,  hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib. Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.

Oxşar Xəbərlər