SOSIAL

Adı Səfər Mehtiyevlə korrupsiya qalmaqalında hallanan qardaşların müəssisəsini icra başçsı yenə qalib

Quba Rayonu İcra Hakimiyyəti “Quba rayonu ərazisində abadlıq işlərinin satınalınması” və “Quba rayonunun rayondaxili avtomobil yollarının əsaslı təmiri” tenderlərinin nəticələrini açıqlayıb.

Hər iki tenderin qalibi "TALEH-A.T." Müəssisəsi olub. Şirkətlə birinci tenderlə bağlı 1 milyon 347 min 801 manat, ikinci tenderlə bağlı 1 milyon 120 min 811 manat, ümumilikdə isə 2 milyon 468 min 612 manat dəyərində müqavilə imzalanıb.

32gun.az-ın məlumatına görə, sözügedən müəssisə qanuni təmsilçisi Əliyev Məhəmmədəli Heydər oğludur. Müəssisənin təsisçisi isə  qardaşı Gülağa Heydər oğlu Əliyevdir. Nizamnamə kapitalı 8 milyon 437 min AZN olan  "TALEH-A.T." 18.02.1997-ci il tarixində dövlət qeydiyyatına alınıb. 

"TALEH-A.T" müəssisəsi 2019-cu ildən indiyədək, yəni təqribən 3 il ərzində bu rayonlardan ümumilikdə 12 milyon 188,6 min manatlıq satınalma sifarişi qazanıb.

Bu vəsaitin böyük hissəsi quba rayonunun payına düşür - 6 milyon 817 min manat. Xaçmaz rayonundan isə 5 milyon 371,4 min manat həcmində dövlət sifarişi əldə edilib.

Təkcə hələ başa çatmayan 2022-ci ildə şirkət iki rayondan ümumilikdə 4,8 milyon manatlıq dövlət sifarişi alıb. Sifarişlərin əksəriyyəti təmir, yol təmiri və abadlaşdırma işləri üzrədir.

Mətbuatda gedən məlumatlara görə, "TALEH-A.T." adı korrupsiya qalmaqalında hallanıb. 

"Taleh-A.T.” Müəssisəsidir ki, idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldararaq 62565.12 ABŞ dollarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmışdı. İndi, Səfər Mehdiyev 50 min manat büdcə vəsaitinin sərf olunması nəzərdə tutulan Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərini "Taleh-A.T.” Müəssisəsinə həvalə edib. Bu isə haqlı olaraq Səfər Mehdiyev "quzunu qurda” tapşırıb qənaəti yaradıb. Məhəmmədəli Heydər oğlu Əliyevin direktoru olduğu "Taleh-A.T.” Müəssisəsinin idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldararaq 62 565.12 ABŞ dollarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırması ilə qanun pozuntusu aşkar olundqudan sonra büdcə vəsaitləri hesabına həaya keçirilən layihəni Səfər Mehdiyev bu şirkətə hansı məntiqlə həvalə etməsinin səbəblərinə DGK-i aydınlıq gətirilməmişdi. 

Xatırladaq ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevdir. 

Nilay

 

Satınalan təşkilat

Mallar, xidmətlər, işlər

Məbləğ

Tarix

1

Quba Rayonu Icra Hakimiyyəti

Quba rayonu ərazisində abadlıq işlərinin satınalınması

1 347 802 AZN

24/10/2022

2

Quba Rayonu Icra Hakimiyyəti

Quba rayonunun rayondaxili avtomobil yollarının əsaslı təmiri

1 120 811 AZN

24/10/2022

3

Xaçmaz Rayon İcra Hakimiyyəti

2022-ci ildə Xaçmaz rayonunda görüləcək abadlıq işlərinin satınalınması

1 227 918 AZN

05/09/2022

4

Xaçmaz Rayon İcra Hakimiyyəti

Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri

1 077 756 AZN

15/07/2022

5

Meliorasiya Və Su Təsərrüfatı ASC Samur-Abşeron Kanalının İstismarı İdarəsi

Taxtakörpü Ceyranbatan kanalında Pk7+50 və Pk12+50 sol yamacında terrasların yaradılması işlərinin satın alınması

137 712 AZN

04/11/2021

6

Quba Rayonu İcra Hakimiyyəti

Quba rayonu ərazisində abadlıq işlərinin satınalınması

1 307 987 AZN

20/09/2021

7

Xaçmaz Rayon İcra Hakimiyyəti

Xudat şəhər Nizami Gəncəvi parkının, Xudat şəhər Heydər Əliyev prospektinin və Xaçmaz şəhər daxili küçələrin abadlaşdırılması

986 200 AZN

16/08/2021

8

Xaçmaz Rayon İcra Hakimiyyəti

Xaçmaz və Xudat şəhərlərinin daxili avtomobil yollarının təmiri

936 573 AZN

17/07/2021

9

Quba Rayon İcra Hakimiyyəti Başçısının Zərdabi Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi

Uşaq bağçasında əsaslı təmir işləri                

38 900 AZN    

15.03.2021           

10

Xaçmaz Rayon İcra Hakimiyyəti

Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması    

189 870 AZN

17.12.2020

11

Xaçmaz Rayon İcra Hakimiyyəti

Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması

953 054 AZN

31.08.2020

12

Quba Rayonu İcra Hakimiyyəti

Quba rayonu Dəvədabanı yaşayış massivində avtomobil yollarının tikintisi işlərinin aparılması

849 761 AZN  

12.08.2020           

13

Quba Rayonu İcra Hakimiyyəti

Malların/ İşlərin/ Xidmətlərin adıQuba rayonu Zərdabi qəsəbəsində abadlıq işlərinin yerinə yetirilməsi

1 699 464 AZN

12.08.2020

14

Quba Rayonu İcra Hakimiyyəti

Xüsusi geyim və inventarların alınması          

174 991 AZN

26.07.2019

15

Quba Rayonu İcra Hakimiyyəti

Sair məqsədlər üçün nəzərdə tutulmuş malların və xidmətlərin satın alınması

139 800 AZN

26.07.2019

Oxşar Xəbərlər