HADİSƏ

Qəbiristanlıqda İNTİHAR: "Anam sizə əmanətdir" -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Şabran rayon sakini 1998-ci il təvəllüdlü Eldarov Heydər Rauf oğlu özünü rayon qəbiristanlığında asaraq intihar edib.

32gun.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı gənc rayonun Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydiyyatda olub. 

H.Eldarovun özündən başqa iki bacısı var. Onların hər ikisi ailəlidir. 

Sakinlərin dediyinə görə, onların ataları Rauf Heydərov 5 il əvvəl ailəsini ataraq Bakıya gedib və bir müddət sonra paytaxtda tufeyli həyat tərzi keçirməyə başlayıb.

Anası ilə birlikdə yaşayan Heydər intihardan bir neçə gün əvvəl dostlarına “anam sizə əmanətdir, ona yaxşı baxın” deyərək vidalaşıb. Dostları bunun səbəbini soruşsalar da, Heydər bu haqda əlavə heç nə danışmayıb. 

Yaxınlarının verdiyi məlumata əsasən, Heydərin hər hansı problemi olmayıb, normal qaydada işləyərək anasına baxıb, dostları və qonşularına daim mehriban münasibət göstərib.

Heydərin özünü qəbiristanlıqda öldürməsinin səbəbi hələlik məlum deyil. Hazırda faktla əlaqədar araşdırma aparılır.

Mərhum bu gün Şabran rayonunda dəfn olunacaq.

***10:06

Şabranda 24 yaşlı gənc qəbiristanlıqda intihar edib.

32gun.az xəbər verir ki, 1998-ci il təvvəllüdlü Eldarov Heydər Rauf oğlu ötən gün saat 23 radələrində Şabran şəhər qəbiristanlığında yaxın qohumlarının dəfn olduğu yerdə özünü asıb.

Meyitin boğazında stranqulyasiya izindən başqa gözlə görünən xəsarət izləri aşkar edilməyib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar Xəbərlər