HADİSƏ

Bakıda fahişəliyə cəlb edilənlər: “Astoria”, “Piano”, “Porto” hotellərdə görüşürdük...

Bakıda məşhur otellərdə qadınları pul müqabilində fahişəliyə cəlb edən şəxsə höküm oxunub. 

32gun.az xəbər verir ki, təqsirləndirilən şəxs 1995-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli Sevda adlı şəxsdir. Bu ilin may ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsin keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Tamara (şərti ad) ifadəsində göstərib ki, 2021-ci ilin təxminən sentyabr oktyabr aylarında ölkədə karantin rejimi düşdüyü üçün iş yerini, yəni hicama-terapiyanı bağlamaq məcburiyyətində qalmış və bundan sonra maddi ehtiyaclarını necə ödəyəcəyini bilməmişdir. O, təqsirləndirilən şəxs ilə danışarkən sonuncu ona bildirmişdir ki, ona köməklik edəcək və onunla cinsi əlaqədə olmaq üçün müştərilər tapacaq. Maddi ehtiyacları səbəbindən razılıq vermiş, bundan sonra Sevda bir neçə dəfə onu Bakı şəhərində müxtəlif hotellərə öz tanışı olan kişilərlə görüşüb cinsi əlaqədə olmaq üçün göndərməyə başlamışdır. Hər dəfə Sevdanın müştərisi ilə görüşdüyünə görə müştəri ona verdiyi 300 manat puldan 100-120 manatını ona veribmiş. Bu barədə əvvəlcədən Sevda ilə aralarında razılıq olmuşdur. 2021-ci ilin oktyabr ayının sonlarında Sevda onunla əlaqə saxlayıb bildirmişdir ki, “Astoria” hotelində tanışlarının ad günü şənliyi vardır. O da razılıq vermiş və həmin ad günü şənliyinə getmişdir. Sevda orada olan kişilərdən birinin ondan xoşu gəlmiş və xatırlamadığı həmin şəxslə gecə bir otaqda qalmış və onunla cinsi əlaqədə olmuşdur. Bundan sonra həmin şəxs ona səhər 300 manat pul vermişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Sevda onunla əlaqə saxlayıb bildirmişdir ki, özünün tanıdığı Ayhan adlı müştərisi onun şəkillərini telefonunda görmüş və ondan xoşu gəlmişdir, görüşüb cinsi əlaqədə olmaq istəyir. Bundan sonra Sevda onu Ayhanın olduğu xatırlamadığı hotelə göndərmiş və orada görmüşdür. Həmin hoteldə əvvəlcə o, sonra isə Sevda Ayhanla cinsi əlaqədə olmuşdur. Bundan sonra Sevda Ayhanın verdiyi 500 manat puldan 300 manatını ona, qalan 200 manatını isə özünə götürmüşdür. 

Məhkəmə iclasında Aysu (şərti ad) adlı zərərçəkmiş şəxs ifadəsində göstərib ki, 04 may 2022-ci il tarixdə Sevda günorta saatlarında onunla əlaqə saxlayıb bildirmişdir ki, onunla cinsi əlaqədə olmaq üçün müştəri tapıb. Həmin müştəri 250 manat pul verəcək, 50 manatı Sevdanın, qalan 200 manatı isə onun olacaqdır. Axşam saatlarında Sevda onunla yenidən əlaqə saxlayıb bildirmişdir ki, müştəri onu “Piano” hotelində, 208 nömrəli otaqda gözləyir. Sevda dediyi ünvana taksi avtomobili ilə getmiş, hotelin qeyd edilən otağında ilk dəfə Toğrul adlı müştəri ilə tanış olmuşdur. Sevdanın onu ad günü mərasiminə göndərdiyini bildirmişdir. Toğrulla cinsi əlaqədə olduqdan sonra sonuncu ona Sevda ilə danışdığı kimi 250 manat pul vermiş, pulu götürdükdən sonra hoteldən çıxmışdır. 

Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs ifadəsində göstərib ki, təqsirləndirilən şəxs ilə 2021-ci ilin sonlarından “Telegram” sosial şəbəkəsi vasitəsilə təsadüfən tanış olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Porto” hotelində görüşüb 300 manat pul müqabilində Sevda ilə cinsi əlaqədə olmuşdur. Bundan sonra növbəti dəfə 2021-ci ilin dekabr ayının əvvəllərində Yasamal rayonu ərazisində yerləşən ünvanını bilmədiyi və adını unutduğu hotelə Sevda və İnnarə ilə 500 manat pul müqbilində ayrı-ayrılıqda cinsi əlaqədə olmuşdur. Pulu o Sevdanın özünə vermiş, həmin puldan Sevdanın İnnarəyə nə qədər pul verdiyini isə bilməmişdir.

Nərimanov rayon Məhkəməsinin hakimi Gültək Əsədovanın sədrliyi ilə qərar verilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3200 (üç min iki yüz) manat cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.  

Nilay

Oxşar Xəbərlər