HADİSƏ

Azərbaycanda ağır qəza: Ölənlər var

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən 32gun.az-a verilən məlumata görə, hadisə ötən gün şəhər qeydə alınıb. Şəhər sakini Həsən Mirzəyev idarə etdiyi VAZ-21074 markalı avtomobili beton dirəyə vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, H.Mirzəyev və sərnişinlərdən Rüfət Həmidov orada ölüblər.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar Xəbərlər