Sevgilisini vəhşicəsinə öldürən məşhur boksçu həbsxanada özünü asdı (FOTO+VİDEO)
Türkiyənin Muğla şəhərində sevgilisi Zeynep Şenpınarı döyərək 37 bıçaq zərbəsi ilə öldürdüyü üçün ömürlük həbs cəzası alan Səlim Ahmet Kemaloğlu intihar edib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ku, S.A.Kemaloğlu özünü həbsxana asıb.
Yüksək Təhlükəsizlikli Qapalı Cəzaçəkmə Müəssisəsində saxlanılan Səlim Ahmet Kemaloğlunun cəsədi saat 08.00 radələrində çarpayının üstündən çarşafla asılmış vəziyyətdə tək saxlanıldığı kameradatapılıb. İntihar etdiyi təsbit edilən Kemaloğlunun cansız bədəni yarılma üçün morqa aparılıb.

Məlumatda bildirilir ki, Muğla Sıtkı Koçman Universitetinin Sosial Elmlər müəllimliyi fakültəsini bitirən Zeynep Şenpınar mayın 24-də Menteşe mahalının Kötekli rayonunda sevgilisi boksçu Selim Ahmet Kemaloğlunun evinə gedib. İddiaya görə, cütlük arasında baş verən mübahisə zamanı Kemaloğlu Şenpınarı döyüb və daha sonra mətbəxdən çörək bıçağını götürərək sevgilisini sinəsindən bıçaqlayıb.

Nilay