HADİSƏ
Avtomobil aşdı - Ölü və yaralılar var
Şamaxı rayonunda avtomobil aşıb, bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə oktyabrın 29-da saat 23 radələrində rayonun Quşçu kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şamaxı şəhər sakini Tural Hörmətzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarına aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.