HADİSƏ

Axşam saatlarında qəza - yaşlı kişi hadisə yerində ÖLDÜ

Goranboyda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

32gun.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1948-il təvəllüdlü kişini vurub.

Yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər